Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhərinin prospekt və küçələrində yeni, müasir dizaynlı ünvan lövhələri və giriş nömrə nişanları quraşdırılır. 1 prospekt, 55 küçə, 3 məhəllə və 1 kənd olmaqla, 60 nəqliyyat infrastrukturu obyektində ünvan lövhələri və giriş nömrə nişanlarının quraşdırılması yekunlaşıb. 20 nəqliyyat infrastrukturu obyektində isə lövhələrin quraşdırılması davam etdirilir.
Qeyd edək ki, ünvan lövhələri və giriş nömrə nişanları nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsi qaydalarına uyğun hazırlanıb.