Naxçıvanda aparılan biotexniki tədbirlər vəhşi faunanın qış fəslindən sağlam çıxmasına imkan yaradacaq - FOTOLAR

A- A A+

Muxtar respublikada qış fəslində torpaq sahələrinin və bitki örtüyünün qarla örtülməsi bir çox heyvanlar üçün qidanın əldə edilməsində çətinliklər yaradır. Heyvanat aləminin qış fəslində qidaya olan tələbatının yaxşılaşdırılması üçün biotexniki tədbirlər həyata keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti belə aksiya Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Uzunoba Su Anbarının və Naxçıvan şəhərindəki Su Anbarı və Su Təmizləyici Qurğular Kompleksinin ətrafında icra edilib.

Nazirliyin əməkdaşları qeyd edib ki, aparılan biotexniki tədbirlər nəticəsində vəhşi faunanın qış fəslindən sağlam çıxmasına imkan yaradacaq.

Qeyd edək ki,Naxçıvanda qış fəsli sərt və uzunmüddəli keçdiyi üçün bitki və heyvanat aləminin, xüsusilə 25 faizdən çoxu Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”na daxil olan fauna ehtiyatlarının qorunması üçün biotexniki tədbirlər icra edilir. Bu aksiyalar dekabr-mart aylarında heyvanat aləminin kompleks yaşadığı ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, yeni salınan yaşıllıqlarda reallaşdırılır.

Röyal Kərimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: