Yanvarın 28-də Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, zəlzələ yerli vaxtla saat 21:06-da qeydə alınıb.
Zəlzələ sahilyanı rayonlarda 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4.5, dərinliyi 60 km olub.