Muxtar respublikada torpaqların münbitliyinin qorunması və artırılması diqqət mərkəzindədir

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 8 fevral 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən bələdiyyələr üzrə torpaqların qida maddələri ilə təmin olunma kartoqramlarının hazırlanması və yenilənməsi diqqətdə saxlanılır.

Xidmətin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Babək rayonu üzrə 18, Culfa rayonu üzrə 14, Şərur rayonu üzrə 20, Ordubad rayonu üzrə 6, Şahbuz rayonu üzrə 5, Kəngərli rayonu üzrə 7 bələdiyyənin, həmçinin dövlət ehtiyat fondunda əkinəyararlı torpaq sahələrinin qida maddələri ilə təmin olunma kartoqramları yenilənib, işçi planlar hazırlanaraq torpaq analizlərinin aparılması üçün təhvil verilib.

2020-ci ildə həyətyanı torpaq sahələrində salınmış meyvə bağları ilə birlikdə çoxillik əkmələrin sahəsi 6476 hektara çatıb. Bunun da 6087 hektarı meyvə bağları, 389 hektarı üzümlüklər olub. 2015-ci illə müqayisədə meyvə əkinlərinin sahəsi 522 hektar, üzümlüklərin sahəsi isə 286 hektar artıb.

20 nəqliyyat infrastrukturu obyektində quraşdırılması nəzərdə tutulan 2000-dən artıq ünvan lövhələri və giriş nömrə nişanlarının hazırlanaraq quraşdırılmasına başlanılıb.

Ərazi vahidləri üzrə əkin dövriyyəsindən kənarda qalan əkinəyararlı torpaq sahələrinin müəyyənləşdirilməsi, xəritələşdirilməsi və yenidən əkin dövriyyəsinə qatılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün muxtar respublika ərazisində monitorinqlər aparılıb, müxtəlif amillərin təsiri ilə deqradasiyaya məruz qalmış 8583 ha torpaq sahəsi müəyyənləşdirilibdir. Ərazilərdən götürülmüş torpaq nümunələrinin laborator analizləri aparılıb, analiz nəticələri, torpaqların mülkiyyət növləri və uqodiyalar üzrə hesabat cədvəlləri tərtib edilib, xəritələr hazırlanıb

Şahbuz rayonunun Külüs, Mahmudoba və Nursu bələdiyyələri ərazisində yeni suvarma xəttinin çəkilməsi nəzərdə tutulmuş 340 ha, Şahbuz rayonunun Sələsüz, Mərəlik və Türkeş bələdiyyələrinin ərazisində qapalı suvarma şəbəkəsi qurulmuş 270 ha, Ordubad və Culfa rayonları üzrə Gilançaydan qidalanması nəzərdə tutulan suvarma xəttinin əhatə etdiyi 1190 ha, Kəngərli rayon dövlət ehtiyat fondu və Böyükdüz bələdiyyəsinin ərazisində qapalı suvarma şəbəkəsinin tikintisi aparılmış 810 ha, Araz Su Anbarı üzərində qurulacaq yeni nasos stansiyasından qidalanması nəzərdə tutulan suvarma şəbəkəsinin əhatə etdiyi 2091 ha ərazidə topoqrafik planaalma işləri aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: