Şərur şəhərindəki Təqaüdçülər Klubunda kitab müzakirəsi olub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur şəhərindəki Təqaüdçülər Klubunda “Nizaminin hikmət və nəsihətləri” kitabının müzakirəsi keçirilib.

Şərur Rayon Mədəniyyət Sarayının bədii rəhbəri Nəsimi Məmmədzadə Nizami Gəncəvi ili ilə əlaqədar silsilə tədbirlərin, kitab müzakirələrinin keçirilməsinin ənənəvi hal aldığını diqqətə çatdırıb. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə nəşr olunan bu əsər oxunması zəruri olan kitablar siyahısına daxil edilib. O, müzakirə edilən kitabın məziyyətlərindən danışıb, Nizami Gəncəvi əsərlərinin dəyərini önə çəkib.

Şərur Rayon Veteranlar Şurasının sədri Vidadi Süleymanov Təqaüdçülər Klubunda yaradılan şəraitdən, asudə vaxtın səmərəli təşkilindən danışıb. Şairin şeirlərindən, “Nizaminin hikmət və nəsihətləri” kitabından ayrı-ayrı hissələr bədii qiraət olunub. 

 

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: