Əcnəbi tələbələr üçün ekskursiya təşkil olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikanın tarixi yerlərinin və turizm məkanlarının gənclərə tanıdılması məqsədilə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin Şahbuz Dövlət Təbiət Qoruğuna və Ağbulaq İstirahət Mərkəzinə ekskursiyası təşkil olunub.
Gənclərə qoruq barədə haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, muzeydə qoruq ərazisində mövcud olan flora və faunaya aid eksponatlar nümayiş etdirilir. Qoruğun ərazisində qonur ayı, porsuq və vaşaq kimi bir sıra vəhşi heyvanlara da rast gəlinir. Qoruğun yaradılmasında əsas məqsəd genetik fondun, bioloji müxtəlifliyin, təbiət komplekslərinin qorunub saxlanılmasından ibarətdir.
Daha sonra tələbələr Ağbulaq İstirahət Mərkəzinə yürüyüş edib, ərazinin füsünkar təbiəti mənzərəsi ilə tanış olublar. Mərkəzdə olan tələbələrə məlumat verilib ki, ilin bütün fəsillərində özünəməxsus gözəlliyi ilə seçilən Şahbuz rayonunun Ağbulaq kəndi Naxçıvanın kənd və dağ turizminin qabaqcıl ünvanlarından biridir. Xüsusilə burada yaradılan Xizək Mərkəzinə insanların marağı böyükdür.
Tələbələr burada yaradılan şəratidən istifadə edib, turizm məkanının imkanlarından yararlanıblar.
Ekskursiyanın keçirilməsinə məqsəd ali təhsil müəsissələrində təhsil alan əcnəbi tələbələri muxtar respublikanın turzim məkanları, tarixi abidələri və muzeyləri ilə tanış etmək və ekskursiyalar zamanı çəkilmiş fotoşəkillərin gənclər tərəfindən müxtəlif sosial şəbəkələrdə paylaşılaraq, muxtar respublikanın tanıdılmasında onların fəallığının artırılmasıdır.
Sadiq Məmmədov