Sədərək rayonunda quruculuq tədbirlərinin əhatə dairəsi genişlənib - VİDEO
Naxçıvan Muxtar Respublikasının sürətli sosial-iqtisadi inkişafı, mühüm infrastruktur layihələrinin uğurla həyata keçirilməsi sərhəd bölgəmiz olan Sədərək rayonunda da tikinti, quruculuq və abadlıq işlərini xeyli sürətləndirib. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na müvafiq olaraq bu bölgədə də bir-birindən əhəmiyyətli sosial yönümlü obyektlər tikilib istifadəyə verilir, qəsəbə və kəndlər müasir görkəm alır.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Məhəmməd Fərəcov