Arazboyu Dövlət Təbiət Yasaqlığı ərazisində monitorinq keçirilib - FOTOLAR
2 fevral Ümumdünya Su və Bataqlıq Yerləri Günüdür. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Arazboyu Dövlət Təbiət Yasaqlığı ərazisində monitorinq keçirib.
Qeyd edək ki, həyata keçirilən mühafizə və ərazinin təbii bərpasına yaradılan əlverişli şərait su-bataqlıq quşlarının yuva salmasına və çoxalmasına da imkan verir. Ərazidən miqrasiya dəhlizi kimi istifadə edən bir çox su quşları artıq Arazboyu ərazidə yuva salıb və daimi məskunlaşıb. Bu ərazinin zəngin ornitofauna növləri muxtar respublikanın digər su hövzələrində məskunlaşırlar.
Arazboyu Dövlət Təbiət Yasaqlığı ərazisində monitorinqlər və mühafizə tədbirləri bundan sonra da davam etdiriləcək.
Səftər Sadiqov