Naxçıvanda bu yaz 223 hektar sahədə meşə salınıb  

A- A A+

NUHÇIXAN xəbər verir ki, 2018-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində kollegiya iclası keçirilib. Nazir Mayis Əliyev bildirib ki, cari ilin yaz əkini mövsümündə muxtar respublika ərazisində kənd təsərrüfatı əkinləri üçün yararsız olan 223 hektar sahədə meşəsalma, meşəbərpa işləri aparılıb, yeni meyvə bağları salınıb. Hazırda tingçilik təsərrüfatlarında 250 mindən artıq əkinəyararlı meşə, meyvə və həmişəyaşıl tinglər yetişdirilir.

 Qeyd olunub ki, təbii sərvətlərdən istifadədə çirkləndirici maddələrin ətraf mühitə atılması və axıdılmasına görə ekoloji ödənişlərin təyin edilməsi və icrasına ciddi nəzarət edilir. İlin ötən 6 ayında muxtar respublika ərazisində fəaliyyət göstərən 49 müəssisəyə 64 min 197 manat məbləğində ekoloji ödəniş haqqı tətbiq edilib. Eyni zamanda ətraf mühitin mühafizəsi, ekoloji qanuna zidd halların qarşısının alınması məqsədilə müvafiq orqanlarla birlikdə 17 reyd-yoxlama həyata keçirilib, 9 inzibati xəta qeydiyyata alınaraq qanuna müvafiq tədbirlər görülüb. Həmçinin muxtar respublikanın daxili sularında ekoloji vəziyyəti nəzarətdə saxlamaq məqsədilə monitorinqlər keçirilib, su nümunələri götürülərək analiz təhlillər aparılıb.

Mayis Əliyev beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin ciddi şəkildə yerinə yetirilməsi ilə bağlı məsələlərə də toxunub.

 Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: