Kəlbəcərdə mövcud yataqların istismarı ön plandadır. Hazırda Kəlbəcərdə bütün kəşf edilmiş yataqların monitorinq və diaqnostikasının birinci mərhələsi başlayıb. Qısamüddətli perspektivdə o yataqların diaqnostikası müəyyənləşdiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.
O bildirib ki, orta və uzunmüddətli mərhələlərdə isə həmin yataqların effektivlik və önəmlillik dərəcəsinə görə istismarı nəzərdə tutulur. Paralel olaraq Kəlbəcərdə həm yataqların istismarı, həm də çoxsaylı təzahür, filizləşmə, minerallaşma zonalarında dəqiq axtarış-kəşfiyyat işlərinin aparılması planlaşdırılır.