Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs kənar yoldan istifadə edərək işğaldan azad olunmuş əraziyə daxil olarkən minaya düşüb.
ANAMA-dan NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, minaya düşənlərdən 1-i yerində həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.