Cəbrayıl rayonu ərazisində aparılacaq tikinti-quruculuq işlərində oradakı mövcud yataqlardan istifadə edilməsi planlaşdırılır
Cəbrayıl rayonunda kəşf edilən, ehtiyatları dövlət və sahə balanslarına daxil edilən 26 yataq mövcuddur. Onlardan 7-si yeraltı şirin su, 19-u isə digər faydalı qazıntı - qeyri-filiz, inşaat, tikinti materialları yataqlarıdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “Ekspert saatı”nda deyib.
“Cəbrayıl rayonundakı yataqların çox böyük ehtiyatları var. Həmin ehtiyatların da diaqnostik mərhələsi başlayıb. Qısa zamanda Cəbrayıl rayonu ərazisində aparılacaq tikinti-quruculuq işlərində həmin rayondakı mövcud yataqlardan istifadə etməyi planlaşdırırıq”, - deyə Ə.Əliyev qeyd edib.