“Muzey günləri” çərçivəsində muxtar respublikanın rayonlarında muzeylər ziyarət olunub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayon Tarix-Diyarşünaslıq Muzeyində olan rayon idarə və müəssisələrinin kollektivləri Yengicə kəndindəki qədim Şərq hamamın; da ziyarət ediblər.
Babək rayon Tarix-Diyarşünaslıq Muzeyindəki maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olan rayon icra hakimiyyətinin kollektivinə bildirilib ki, muzeydə rayonun qədim tarixini və müasir inkişafını əks etdirən 3700-dən çox eksponat var.
Həmin gün qədim tarixi, zəngin mədəniyyəti və şəxsiyyətləri ilə tanınan Ordubad rayonundakı Qeysəriyyə binasında yerləşən Tarix-Diyarşünaslıq Muzeyi, akademik Yusif Məmmədəliyevin, görkəmli maarifçi Məhəmməd Tağı Sidqinin və görkəmli ədib Məmməd Səid Ordubadinin ev muzeyi də rayonun idarə və müəssisələri tərəfindən ziyarət edilib.
Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarındakı İcra hakimiyyətlərinin, idarə, müəssisə və təşkilatlarının kollektivləri isə adı çəkilən rayonlardakı Tarix Diyarşünaslıq Muzeylərində olub və qədim eksponatlar haqqında ətraflı məlumat alıblar.
Röyal Kərimov