Culfa rayonunun Camaldın kəndinin ətrafındakı 2,7 hektar sahədə yeni meyvə bağı və yaşıllıq zolaqları salınıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Culfa rayonunun Camaldın kəndində “Ətraf mühitin mühafizəsi qanunvericiliyinin təbliği” mövzusunda ekoloji-hüquqi maarifləndirmə tədbiri keçirib.
Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşı Xaliq Məmmədov son illər rayonda ekoloji mühitin saflaşdırılması, yeni meyvə bağlarının və yaşıllıq zolaqlarının salınması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, mütəmadi olaraq aparılan ekoloji-hüquqi maarifləndirmə və monitorinqlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Azər Məmmədov təbiətin qorunması, ekologiyanın saflaşdırılması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin məqsədi və təsir hallarının birgə aradan qaldırılması, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılmasının əhəmiyyəti və məqsədləri məsələlərindən danışıb.
Bildirilib ki, son bir neçə ildə kəndin ətraf sahələrində 2,7 hektarda yeni meyvə bağı və yaşıllıq zolaqları salınıb. Yaz aylarında keçiriləcək yaşıllıq aksiyalarında bu tədbirlər davam etdiriləcək.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Məhəmməd Fərəcov