Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasına tibb müəssisələri hazır olmalıdır
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Culfa rayon Mərkəzi Xəstəxanasında keçirilən maarifləndirici tədbirdə səsləndirilib.
Tədbirin keçirilmə məqsədi Culfa rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, sülh və müharibə dövrlərindəki fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması zamanı səhiyyə müəssisələrinin vəzifəli şəxslərinin məsuliyyətini artırmaq, yanğın təhlükəsizliyi ilə bağlı səhiyyə müəssisələrində müəyyən edilmiş tələblərin yerinə yetirilməsinə nail olmaq, fövqəladə hallardan mühafizə üsulları, davranış və fəaliyyət qaydaları barədə həkim, orta tibb işçilərinə məlumat verməkdir.
Tədbirdə fövqəladə hallar zamanı tibb xidmətinin vəzifələri və səhiyyə müəssisələrində mülki müdafiə sahəsində tədbirlərin planlaşdırılması və keçirilməsi qaydası haqqında dinləyicilərə ətraflı məlumat verilib.
Maarifləndirici tədbir zamanı əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdilib, tibb işçilərini maraqlandıran suаllаr cаvаblаndırılıb.