Qaz təsərrüfatından düzgün istifadə sağlamlığımızın əsasıdır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı tədbir Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə  Qaz İstismar Xidmətində baş tutub.  

Tədbirin keçirilmə məqsədi qaz çəkilişində layihələndirmə və işlərin qaydalara uyğun aparılması, qaz işlədici qurğulardan düzgün istifadənin təşkili, dəm qazı, yaranma səbəbləri və zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında xidmətin işçilərinə məlumat vermək olub.

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların xəbərdar edilməsi şöbəsinin bölmə rəisi kapitan Oqtay Həsənov bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb, dəm qazı, yaranma səbəbləri və zəhərlənmə zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat verib.

Sonra məruzə ətrafında çıxışlar olub, təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumat verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: