Yeni kənd mərkəzi əhalinin vaxt itkisinin qarşısını alır - FOTOLAR

A- A A+

Dövlət qurumlarının eyni binada fəaliyyət göstərməsi səmərəli idarəetmə və insan amilinə verilən dəyərin ifadəsidir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, fevralın 5-də Nüsnüsdə yeni kənd mərkəzinin açılışı olub.

Məlumat verilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal vardır. Kitabxanada 8062 kitab toplanıb, onlardan 1881-i latın, 6181-i kiril əlifbası ilə çap olunan ədəbiyyatlardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Ayxan Hüseynli minnətdarlıq edərək deyib ki, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 452 üzvü vardır ki, onlardan 170-i gənc, 255-i isə qadındır. Partiya üzvləri kəndin ictimai işlərində fəal iştirak edirlər.

Nüsnüs kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənddə maldarlıq və heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etdirilir.

Ali Məclisin Sədri süni mayalandırma tədbirlərinin diqqətdə saxlanılması barədə tapşırıq verib.

Rabitə evində 512 nömrə tutumlu yeni nəsil ATS qurulub. Kənddə 425 telefon və 336 internet istifadəçisi vardır.

Binada fərdi istilik sistemi quraşdırılıb, həyətdə abadlıq işləri aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: