Azərbaycanın işğaldan azad etdiyi digər rayonlarında olduğu kimi, Cəbrayılda da eyni mənzərənin şahidi olduq. Bu ərazilərdəki dağıntılardan ibrət götürmək lazımdır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral Ermənistan tərəfindən yerlə-yeksan edilmiş Cəbrayıl şəhərində jurnalistlərə açıqlamasında deyib.
“Şəhəri yerləbir etdiklərini, bütün abidələri, o cümlədən mədəniyyət abidələrini dağıtdıqlarını gördük. Hətta məzarları soyduqlarının, insan sümüklərinin ətrafa səpələndiyinin şahidi olduq. Bunlar insanlıqdan kənardır, əsl vəhşilikdir. Bütün bunların hesabı mütləq verilməlidir”, - deyə Erkan Özoral qeyd edib.