Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, təltif olunanlar arasında Naxçıvan Televiziyasının əməkdaşı da vardır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Mehdiyev Samir Əyyub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilib.
Qeyd edək ki, 1994-cü ildən Naxçıvan Televizyasında fəaliyyət göstərən Samir Mehdiyev televiziyanın dövlət əhəmiyyətli tədbirlər üzrə kinooperatorudur.