Cəbrayıl şəhəri yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq yerlə-yeksan edilib – erməni barbarlığı fotolarda - FOTOLAR

A- A A+

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər, kəndlər... Ermənilərin vandalizm izlərinə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hər addımda rast gəlmək olar.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Cəbrayılda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktı həyata keçiriblər. Cəbrayıl şəhərinin yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq da ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər qazılaraq çıxarılıb, insan sümükləri ətrafa səpələnib...

Özlərini sivil xalq adlandıran ermənilər qəbiristanlıqları dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Lakin insanlığa sığmayan bu əməlləri ilə əsl xislətlərini, barbarlıqlarını bir daha nümayiş etdirmiş olublar.

NUHÇIXAN İnformasiya Agentliyi AZƏRTAC-ın Cəbrayıl şəhərinin yaxınlığındakı qəbiristanlıqdan çəkdiyi fotoları təqdim edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: