Ölkə mediası muxtar respublikanın 97 illiyinə geniş yer verib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının yaranmasının 97-ci ildönümünə  ölkə mediası geniş yer verib.

Azərbaycan Dövlət Televiziyasının "Jurnalist araşdırması" verilişinin, Mədəniyyət televizyasının “Körpü” proqramının bir buraxılışı Naxçıvana həsr olunub,  Naxçıvan televiziyasında “Naxçıvan: İnkişaf edən qədim diyar” filmi, NUHÇIXAN İnformasiya Agentliyində “Naxçıvan dünən və bu gün” fotoreportajı, tematik məqalə və publisistik yazılar  izləyicilərə təqdim olunub.

Həmçinin “Azərbaycan” qəzetində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin  “Qars müqaviləsindən Naxçıvan dəhlizinə və dünyaya”, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ərəstü Həbibbəylinin “Xalq qəzeti”ndə “Naxçıvan: tarixi reallıq və muxtariyyət statusu”, Milli Məclisin Komitə sədri Siyavuş Novruzovun “Azərbaycan” qəzetində “Naxçıvanın qəhrəman övladları Vətənə şərəflə və ləyaqətlə xidmət edərək böyük qələbənin qazanılmasında mühüm rol oynayıblar”, Sevinc Azadinin “İki sahil” qəzetində “Naxçıvan: Mübarizə, qürur və əzəmət rəmzi”,  https://www.gununsesi.info/ saytında Azərbaycan Televiziyasının əməkdaşı Röya Bənənyarlının “Dahi şəxsiyyətin arzularındakı Naxçıvan”, Azərtacın  “Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir” sərlövhəli məqalələrində muxtar respublikanın keçdiyi çətin və şərəfli yol tarixi faktların işığında oxuculara çatdırılıb.                 

Hazırlanan bütün materiallarda vurğulanır ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir. Ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik ideyalarını məsuliyyətlə və şərəflə həyata keçirən qədim və həmişəcavan diyar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə müasir inkişafın əsl nümunələrini təqdim etməkdə davam edir.

Qeyd edək ki, Naxçıvan Dövlət Televiziyasında və Dövlət  Radiosunda muxtariyyətin 97-ci ildönümü ilə bağlı silsilə verilişlər və filmlər  tamaşaçılara təqdim olunur.

Sosial şəbəkələrdə də Naxçıvanın tarix və müasirliyi ilə bağlı minlərlə foto və video paylaşılıb, bir-birindən dəyərli təbrik və rəylər yazılıb.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyində isə Muxtar Respublikanın 97 illiyi ilə əlaqədar tədbir keçirilib. Həmin tədbir də agentlik, televiziya və qəzetlərdə geniş işıqlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: