Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəlаdə Hаllаr Nаzirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib. Bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində keçirilən tədbirdə xidmət əməkdaşlarına dəm qazının yaranmasına səbəb olan amillər, bu amillərin aradan qaldırılması, dəm qazından zəhərlənmə zamanı davranış və ilk yardım qaydaları haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, istifadə olunmayan məişət elektrik cihazlarının nəzarətsiz və cərəyana qoşulu qalması yanğın, qaz təsərrüfatından düzgün istifadə olunmaması isə yanğın-partlayış təhlükəsinə səbəb olur.
Tədbirin keçirilməsində məqsəd xidmətdə mülki müdafiə işinin müasir tələblər səviyyəsində təşkilinə nail olmaq, dəm qazı və yanğın təhlükəsizliyi ilə bağlı zəruri məlumatları işçilərə slaydlar vasitəsilə çatdırmaqdan ibarət olub