Ekologiya könüllüləri üçün növbəti təlim

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda ekologiya könüllülər üçün təlim keçirilib.

Təlimdə  qeyd olunub ki, muxtar respublikada ərazilərin 27 faizindən çoxu xüsusi mühafizə olunan təbiət əraziləridir. Ərazilərin xüsusi mühafizəyə alınması və təbiəti mühafizə sahəsində görülən kompleks tədbirlər nəticəsində əvvəllər bəbir, bezoar dağ keçiləri, muflonlar kimi sayı tükənməkdə olan fauna nümunələrinin sayına da təsir göstərib. Güclü mühafizə tədbirləri, ova qadağaların qoyulması, yerli heyvan növlərinin sayının artması ilə yanaşı, yaxın coğrafiyalardan bu ərazilərə yeni növlərin miqrasiya etməsinə də əlverişli şərait yaranıb. Bildirilib ki, muxtar respublikada yaşıllıq sahələrinin də artırılması diqqətdə saxlanılır. Nəticədə muxtar respublika ərazisinin yaşıl örtüyü 0.6 faizdən 20 faizədək yüksəlib.

Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elsanə Baxşıyeva, Gənclər fondunun təlimçisi Şəhla Ramazanova təbiətin qorunmasında könüllülərin üzərinə düşən vəzifələr və digər mövzularla bağlı təlim keçiblər.

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: