Amerikalı turist:  “Dünyanın ən ləziz yeməyini Naxçıvanda daddım” - FOTOLAR

A- A A+

“Qırmızı rəngli Cənub-qərbi Amerika dağlarına oxşayan landşaftın bir saatın içərisində bu qədər kəskin şəkildə, yaşıl dağətəyi yamaclara və qarla örtülü dik dağlara çevrilməsini mən heç yerdə görməmişdim”- Kaliforniyadan olan Allison Green adlı turist öz internet səhifəsində Naxçıvanla bağlı təəssüratlarını “Naxçıvanın incisi: Batabat gölü və onun üzən adası” başlığı altında belə bölüşür.

NUHÇIXAN Allison Greenin internet səhifəsinə istinadən xəbər verir ki, ilk dəfə olaraq Naxçıvana gələn amerikalı xanım Naxçıvandan Batabata qədər gedən yolun ətrafındakı mənzərəni acgözlüklə seyr etdiyini yazır. Yol boyu qırmızı rəngli dağlar, yaşıl təpələri heç vaxt unutmayacağını qeyd edir. “Bu dünyanı gəzdiyim zaman bütün səfərlərim boyu mənim qarşılaşdığım ən maraqlı mənzərədir. Mən burada özümü əsl cənnətdə hiss etdim”- bunları da qonaq qeyd edir. Batabat gölü haqqında, onun üzən adası və ətrafdakı çiçəklərdən ürəkdolusu bəhs edən əcnəbi turist yerli sakinlərin istirahətinə də toxunur. “Adamlar burada, elə təbiətin qoynunda istənilən yerdə süfrə açıb istirahət  edirlər. Çünki Batabat başdan-başa xalını xatırladır. Burada diqqətimi çəkən isə sanki günəşə bağlanaraq onunla hərəkət edən üzən ada oldu. Bu ada gölün formasını alıb və əsl möcüzədir.”  Qonaq Naxçıvandakı Təbriz otelində qaldığını və buradakı taksilərdən biri ilə çox münasib qiymətə, 150 manata  razılaşdıqlarını,  bütün gün ərzində Əshabi-Kəhf ziyarətgahı, Duzdağ, Batabat gölü və tarixi Qarabağlar türbəsinə səfər etdiklərini,  bu xidmətdən çox razı qaldıqlarını qeyd edir. Batabatdakı restoranda  nahar edən zaman milli mətbəximizin zənginliyi, ədviyyatla  dolu dadlı şorba,  lavaş arasında kabab, evdə yapılan yumşaq çörəkdə toyuq kababı, turşular, təzə tərəvəzlər və nəhayət ənənəvi Azərbaycana məxsus  fantastik çay mərasimi qonaq üçün əsl sürpriz olub. “Biz indiyə qədər ən dadlı yeməyi yedik”, - xanım Allisonun təəssüratı belədir. Bura gələnlərə mütləq 1800 pilləni qalxıb əfsanəvi Əlincə qalasını, Quranda adı çəkilən Əshabi-Kəhfi, Duzdağı, türk-islam memarlığının gözəl nümunəsi sayılan Mömünə xatın və Qarabağlar türbələri, Nuhun məzarüstü türbəsi, Ordubad, Cümə məscidi, Buzxananı mütləq ziyarət etməyi tövsiyə edir.  “Siz Naxçıvanda hara gedirsinizsə gedin,  ora xoşunuza gələcək. Amma gününüzün çoxunu mütləq Batabatda keçirin ”- təqdim etdiyi yerlərlə bağlı öz səhifəsində  maraqlı fotolar yerləşdirən  Allenson Green bu çağırışla öz fikirlərini tamamlayır.

Bundan başqa bu yaxınlarda  Naxçıvanda keçirilən 3-cü Beynəlxalq Gənclik Araşdırmalar Konqresinin Türkiyədən olan iştirakçılarından biri “Samimi Mutfak” adlı istifadəçi məşhur youtube.com saytında muxtar respublikanın abidələri və turizm obyektləri ilə bağlı geniş video yerləşdirib. Türkiyəli qonaq Naxçıvanda olduqları müddətdə gəzdikləri yerlərlə bağlı videolar çəkib. Sonra onlara geniş şərh verərək öz izləyicilərini virtual olaraq Naxçıvanda “gəzdirir”. “Naxçıvan sözün əsl mənasında sehrli bir şəhərdir. Xüsusi inşa olunmuş binalar, tərtəmiz və geniş küçələr bizi valeh etdi. Bu gözəl şəhərdəki tarixi binalar, Nuh tufanı ilə bağlı rəvayətlər, tarixi əsərlər və mədəniyyət, ilk duz mədənləri, Duzdağ, Əlincə qalası, Əshabi-Kəhf bölgəsi, dümdüz tarlaları və mədəniyyətə işıq tutan tarixi ilə sanki kəşf etməyi gözləyən bir inci kimi qarşımızda durur”. Müəllif öz videomaterialına verdiyi şərhdə bunları qeyd edir.  Yerləşdirilən bir neçə hissəli videoda Naxçıvan şəhəri, Əshabi-Kəhf  Dini Ziyarətgahı, Əlincəqala və digər yerlər izləyicilərə izahlı şəkildə təqdim olunur.

Materiallarla aşağıdakı linklərdən tanış ola bilərsiniz.

Link 1 Link 2  

Səməd Canbaxşiyev

Anar Tağıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: