Kəngərli rayonunda tibb işçilərinə “COVID-19”-a qarşı peyvənd vurulub - FOTOLAR
Muxtar respublikanın səhiyyə müəssisələrində tibb işçiləri arasında “COVID-19”-a qarşı peyvəndləmə davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Kəngərli Rayon Mərkəzi Xəstəxanasının, Gigiyena və Epidemiologiya Şöbəsinin, kənd həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin tibb işçiləri vaksinasiyaya cəlb edilib.
Rayonda 142 tibb işçisinə təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksini vurulub. Vaksinasiya zamanı heç bir narahatlıq müşahidə olunmayıb.
Vaksinasiya prosesi iki mərhələdə muxtar respublikanın bütün rayon, şəhər tibb müəssisələrində aparılacaq.
Mədinə Rəhimli