Sədərəkdə bağların becərilməsinə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sədərəklilər meyvə bağlarında ilkin yaz becərmə tədbirlərinə başlayıblar. Rayon ictimaiyyətinin nümayəndələri ötən illərdə ağacəkmə kampaniyaları çərçivəsində salınmış Gənclər bağına üzvi gübrə veriblər.

Qeyd edək ki, son illər Sədərək rayonunda davamlı yaşıllaşdırma tədbirləri görülür, yeni bağlar salınır, mövcud yaşıllıq sahələri daha da genişləndirilir. Təkcə ötən il Sədərəkdə 2 hektar sahədə yeni meyvə  bağı salınıb, 10 min 500-ə yaxın meyvə əkilib, 1,8 hektar ərazidə meşəsalma, 4,2 hektar sahədə isə meşəbərpa işləri aparılıb. Həmin sahələrdə 5 min meşə ağacı əkilib. Yol kənarlarında, park və xiyabanlarda isə 19 minə yaxın həmişəyaşıl ağac və gül kolu əkilib.Yeni yaşıllıq sahələrinin salınması ilə yanaşı, ağaclara aqrotexniki tədbirlər əsasında qulluq və qayğı göstərmək də diqqətdə saxlanılıb.

                                                                                                                                            Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: