Naxçıvanda vətəndaşların sığortaya marağı artıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyində 2018-ci ilin ilk 6 ayının yekunları və qarşıda duran vəzifələr barədə iclas keçirilib. NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən agentliyin baş direktoru Hikmət Əsgərov bildirib ki, 2018-ci ilin ilk 6 ayında agentlik hüquqi və  fiziki şəxslər arasında  sığorta fəaliyyətinin genişləndirilməsi, keyfiyyətin artırılması, kütləviliyinin təmin olunması üçün ardıcıl tədbirlər həyata keçirib. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari  sığortası üzrə 228, daşınmaz  əmlakın icbari sığortası üzrə 108, daşınmaz əmlakın istismari ilə bağlı  mülki məsuliyyətin icbari  sığortası üzrə 19 müqavilə çox bağlanılıb. Eyni zamanda əmlakın yanğın və digər risklərdən  sığortası üzrə 9, ipoteka krediti götürənlərin həyatının fərdi qəza sığortası üzrə 54 müqavilənin bağlanılması ötən ilin  ilk 6 ayı ilə  müqayisədə çoxluq təşkil edib.

Hikmət Əsgərov kənd təsərrüfatı, xüsusilə bitkiçilik sığortası üzrə 701  müqavilənin bağlanıldığını, bu sahədə izahat-məlumatlanma işlərinin genişləndirildiyini də vurğulayıb. Diqqətə çatdırıb ki, agentlik  sığorta işinin  bütün növlərinin inkişafının təmin olunmasına çalışacaq, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin edəcək.  Eyni zamanda agentliyin mərkəzi aparatında  və yerli rayon sığorta agentliklərində nizam-intizam möhkəmləndiriləcək.

Sonra  rayon  dövlət sığorta agentliklərinin direktorları  çıxış edərək  cari ilin ilk yarımilində görülmüş işlər haqqında məlumat veriblər.

Gülməmməd Əliyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: