Mətbuatın 6 aylıq fəaliyyəti təhlil olunub

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu gün “Şərq qapısı” qəzetinin  redaksiyasında  beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  səkkizinci sessiyasının qarşıya qoyduğu vəzifələr və 2018-ci ilin birinci yarısının yekunlarına həsr olunmuş iclas keçirilib. Tədbirdə Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov çıxış edib. Bildirib ki, qəzetlərdə milli dəyərlərin yaşadılması və təbliği, xalq yaradıcılığı, ailə təsərrüfatı və tarixiliklə bağlı materialların hazırlanması diqqət mərkəzində olub. Qəzetlərdə  oxucu məktublarının  hazırlanması, ordu quruculuğu və vətənpərvərlik, Naxçıvan şəhərinin 2018-ci il üçün  İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı materiallar dərc edilib. Dövlət Proqramlarının icrası da  diqqətdə saxlanılıb, bu mövzuda müvafiq materiallar  hazırlanıb.

Rövşən Hüseynov cari ilin birinci yarısı ərzində rayon qəzetlərinin fəaliyyətini də təhlil edib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxışında bildirib ki, muxtar respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət, elm, təhsil, mədəniyyət, səhiyyə, idman və turizmin inkişafı, hərbi vətənpərvərlik qəzetin  gündəlik müraciət etdiyi mövzulardır.

Muxtar respublikada azad sözə, azad fikirə xüsusi diqqət göstərilməsinin nəticəsidir ki, jurnalistlərin yaradıcılıq imkanları xeyli genişlənib, -deyən Mehriban Sultanova bu sahədə qəzetin fəaliyyətini ətraflı təhlil edib. Diqqəti beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  səkkizinci sessiyasının qarşıya qoyduğu vəzifələrə yönəldib. Vurğulayıb ki, sessiyada  Ali Məclisin Sədri deyib: “Kütləvi  informasiya vasitələri ictimai nəzarət orqanı kimi  fəaliyyətlərini  gücləndirməli, milli dəyərlərimiz təbliğ edilməli, qəbul olunmuş Dövlət Proqramlarının  icrası diqqətdə saxlanılmalıdır. Teleradio və qəzetlərdə informasiya-məlumatlandırma işi düzgün qurulmalı, sosial şəbəkələrdə ictimaiyyətin düzgün istiqamətləndirilməsi üçün sistemli iş təşkil olunmalıdır”.

Mehriban Sultanova qeyd edib ki, qəzetin kollektivi qarşıya qoyulmuş bu vəzifələrin yerinə yetirilməsi üçün  öz səylərini  əsirgəməyəcəklər.

Baş redaktorun müavini Rauf Əliyev, məsul katib Muxtar Məmmədov və Culfa rayonunda  çıxan “Arazın səsi” qəzetinin  redaktoru  Hüseyn Şəkərəliyev mövzu ilə bağlı çıxışlar  ediblər.

                                                                   Əbülfəz  Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: