Şahbuz bağlarında ilkin yaz becərmə və aqrotexniki tədbirlərə başlanılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, havaların əlverişli keçməsindən istifadə edən Şahbuz rayon ictimaiyyətinin nümayəndələri yaşıllıq sahələrində ilkin yaz becərmə və aqrotexniki tədbirlərə başlayıblar. İlk olaraq Naxçıvan-Batabat magistralının kənarlarında aparılan aqrotexniki tədbirlər zamanı  ağacların dibləri boşaldılıb, gövdələri ağardılıb və üzvi gübrələr verilib.

Becərmə tədbirlərinin qarşıdakı günlərdə rayonun digər yaşayış məntəqələrindəki yol kənarlarında və yaşıllıq sahələrində davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, son illər Şahbuz rayonunda salınan 200 hektardan artıq yaşıllıq sahəsinin əksəriyyəti meyvə bağlarıdır.

              

Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: