AMEA Naxçıvan Bölməsinin yeni saytı üç dildə fəaliyyət göstərəcək - FOTOLAR

A- A A+

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Bölmənin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müasir dizaynda yaradılan rəsmi internet saytının (ameanb.az) təqdimatı  münasibətilə keçirilən tədbirdə Bölmənin sədri, akademik İsmayıl Hacıyev hər bir müəssisə və təşkilatda baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında, müraciətlərin daha tez cavablandırılmasında saytların əhəmiyyətindən danışıb, yeni təqdim olunan saytın bölmənin uğurlarını daha geniş səpkidə ifadəetmə imkanına malik olduğunu deyib.

Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova rəsmi internet saytını təqdim edərək bildirib ki, dizaynına, quruluşuna və funksionallığına görə müasir standartlara uyğun şəkildə hazırlanan saytda Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərəcək. 7 bölmə və 17 altbölmədən ibarət olan yeni sayt Bölmənin ümumi fəaliyyətini əhatə edəcək.

Yeni saytda müraciət edənlərin, başqa müəssisə əməkdaşlarının bölmə ilə əlaqəsini asanlaşdırmaq məqsədilə elektron müraciət forması yaradılıb və məlumatların daha əlçatan olması üçün “Axtarışlar” bölməsi hazırlanıb. Mobil internet istifadəçilərinin rahatlığı nəzərə alınmaqla saytın daha sadə və yığcam formalı mobil versiyası da hazırlanıb.

Qeyd edək ki, yeni  saytın üç dillə fəaliyyəti bölmədə baş verən yeniliklərin nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda da izlənilməsinə şərait yaradacaqdır.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: