Babək rayonundakı qazilərə xüsusi səhiyyə xidməti göstərilib - FOTOLAR
Muxtar respublikada Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara yüksək səviyyədə səhiyyə xidmətinin göstərilməsi diqqətdə saxlanılır. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə Naxçıvan Muxtar Respublika Xəstəxanasının kollektivi növbəti dəfə Babək rayonundan olan qazilərimizin səhhəti ilə maraqlanıb.
Aksiya çərçivəsində yaralı hərbi qulluqçularımıza müxtəlif ixtisaslı həkimlər tərəfindən səhiyyə xidməti göstərilib.
Vətən müharibəsi qaziləri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə növbəti aksiya Ordubad rayonunda keçiriləcək.
Sadiq Məmmədov