Sosial könüllülər Ordubad rayonunda tənha ahılları ziyarət ediblər - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ordubad rayonunda sosial xidmət göstərilən tənha ahılların evlərinə ziyarətlər təşkil olunub. Sosial könüllülər tənha ahıllarla birgə vaxt keçirib, onlara məişət işlərində köməklik göstəriblər.
Ahıl vətəndaşlar onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Emin Novruzov