Şərurda 3 yeni məktəb tikilir

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu il Şərur rayonunda 3 məktəb binası tikilir və yenidən qurulur. «Gəmiqaya» Tikinti Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyətinin Kərimbəyli kəndində  tamamilə yenidən qurduğu zirzəmi qatı ilə birlikdə 3 mərtəbədən ibarət olan 270 şagird yerlik məktəbin qarşıdan gələn dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub. Rayonun İbadulla kəndində 522 yerlik məktəbin də inşası sürətlə gedir. Bundan başqa Kosacan kəndində  234 şagird yerlik yeni məktəb binası Şərurun yeni məktəbləri siyahısında yer alacaq.   Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsi Şərur Rayon İdarəsinin və «Artay» LTD Tikinti Şirkəti Naxçıvan Filialı inşaatçılarının tikdiyi bu məktəblər ən müasir səviyyədə qurulacaq.

 
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: