Naxçıvan Teleradiosunun əməkdaşı Təranə Arifqızının yeni kitabları işıq üzü görüb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şairə Təranə Arifqızı bu dəfə “Qarabağda 44 gün” və  “İçimdəki səs”  kitabları ilə oxucuların görüşünə gəlib.

Vətən müharibəsinə həsr olunan “Qarabağda 44 gün” kitabı Naxçıvan ədəbi mühitində bu mövzuda nəşr olunan ilk bədii ədəbiyyatdır. Kitabda zəfər tariximizə həsr olunan şeirlər toplanıb.

Şairənin “İçimdəki səs” kitabında isə müxtəlif mövzulu şeirlər yer alır. Kitabın Ön sözünün  müəllifi filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadənin dediyi kimi “İçimdəki səs” kitabındakı  şeirlər müəllifin özündən özünə pıçıldadıqları, öz-özünü ovutmasıdır”.

Hər iki kitab Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə çap olunub.

Qeyd edək ki, Təranə Arifqızının bundan əvvəl “Mən şair olsaydım”, “Nə qədər ki, insan var”, “Sözün bayatı rəngi” şeir kitabları nəşr olunub. Geniş oxucu sevgisi qazanan şairənin şeirləri, hekayə və məqalələri Azərbaycanla yanaşı Türkiyədə müxtəlif almanaxlarda, toplularda; “Türk ədəbiyyatı”, “DergiZan”, “Hecce taşları”, o cümlədən  Cənubi Azərbaycanda yayımlanan “Yeni qapı” sayt və jurnallarında dərc olunur. Həmçinin dövrü mətbuatda, müxtəlif qəzet və saytlarda Təranə Arifqızının müxtəlif səpkili şeir və hekayələri də yer alır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: