Artıq məlum olduğu kimi Prezident İlham Əliyevin tapşırığına əsasən, azad edilmiş ərazilərdə qurulacaq şəhər və kəndlər “smart-city”, “smart-village”, yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında tikiləcək.
Dövlət Şəhərəsalma və Arxitektura Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə şəhər və rayonların baş planlarının hazılanması ilə bağlı işlərə başlanılıb.
Prezident İlham Əliyev fevralın 14-də azad edilmiş bölgələrə səfəri zamanı Zəngilan rayonunda birinci “ağıllı kənd” layihəsinə artıq start verildiyini bildirib. Zəngilanda salınacaq birinci “ağıllı kənd” kənd məhz Ağalı olacaq.
Verilən məlumatlara görə, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq. Bu komponentlər yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji sahələridir.
İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq.