Şəhid ailələrinə, müharibədə yaralananlara psixoloji və sosial dəstək vermək məqsədiylə xüsusi bölmələr yaradılıb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Regional İnformasiya Mərkəzində yaradılan Psixoloji Dəstək Xidmətində müvafiq kateqoriyadan olan şəxslərə lazımi psixoloji bərpa xidmətləri göstərilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sözügedən xidmətə müraciətin daha da asanlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında “Şəhid ailələri və müharibədə yaralananlara psixoloji dəstək” adlı xüsusi bölmə də istifadəyə verilib. Belə ki, Psixoloji Dəstək Xidmətindən yararlanmaq istəyən muxtar respublika sakinləri həmin bölməyə daxil olmaqla qeydiyyatdan keçə və ya göstərilən əlaqə telefonlarına müraciət edə bilərlər. Bununla yanaşı, bu günlərdə Nazirliyin saytında, “şəhid ailələrinə və müharibə iştirakçılarına sosial dəstək” bölməsi yaradılıb. Bu bölməyə daxil olmaqla, vətəndaşlar ölkəmizdə, eləcə də muxtar respublikamızda şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, bu məqsədlə tələb olunan sənədlər və digər zəruri informasiyalarla tanış olmaq imkanına malikdirlər. Bu bölmə sorğu formatında qurulub və sosial dəstək tədbirləri çərçivəsində ən çox müraciət olunan sahələri əhatə etməklə hazırlanıb.

         Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: