“Ləzzət Qida Sənaye” MMC-də yanğına səbəb olan amillərin aradan qaldırılması ilə bağlı tədbir keçirildi - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Ləzzət Qida Sənaye” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçi heyətinin iştirakı ilə keçirilən maarifləndirici tədbirdə iştirakçılara qış mövsümü ərzində yanğına səbəb olan amillər, bu amillərin aradan qaldırılması, ehtiyac olmadığı təqdirdə cərəyana qoşulu qalan və nəzarətsiz qalan məişət elektrik avadanlıqlarının yanğın təhlükəsi törətməsi haqqında məlumat verilib. Arzuolunmaz qonaq olan dəm qazının rəngsiz, iysiz, dadsız və gözə görünməz olduğunu və yaranmasına otaqlarımızın havasının mütəmadi dəyişilməməsinin səbəb olduğunu qeyd edən məruzəçi dəm qazından xilas olmağın da məhz təmiz hava ilə mümkün olduğunu deyib.
Maarifləndirici tədbir zаmаnı əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdilib, iştirakçıları mаrаqlаndırаn suаllаr cаvаblаndırılıb.
Qeyd edək ki, Babək rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsi tərəfindən Babək rayon Naxışnərgiz kəndində isə dəm qazı və təbii qaz sızmasını təyin edən xüsusi cihazlarla reyd keçirilib. Məqsəd yaşayış məntəqələrində quraşdırılan qaz təsərrüfatının düzgünlüyünə nəzarət etmək, qaz borularında qaz sızmalarının qarşısını almaq və mətbəxlərdə quraşdırılan suqızdırıcı cihazların düzgün istismar və istifadə qaydalarına nəzarəti həyata keçirmək olub.