Sağlamlıq imkanları məhdud gənclər arasında rəsm müsabiqəsi: “Qarabağ Azərbaycandır” - FOTOLAR

A- A A+

Sağlamlıq imkanları məhdud gənclər arasında “Qarabağ Azərbaycandır” mövzusunda rəsm müsabiqəsi keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, müsabiqədə rəşadətli Azərbaycan ordusunun Vətən müharibəsində göstərdiyi şücaəti, Qarabağın təbiətini və tarixi abidələrini əks etdirən əl işləri nümayiş etdirilib. 

10 müəllifin 33 rəsm əsərinin nümayiş etdirildiyi tədbirdə gənclər yaradıcılıq imkanlarını ortaya qoyub, məhdud fiziki imkanların yaradıcılığa əngəl olmadığını əzmləri ilə nümayiş etdiriblər. Qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunub.

Rəsm əsərlərinin hər birində gənclərin vətənə sevgi hissələri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub. Qarabağ torpağının tarixi abidələrini əks etdirən maraqlı rəsmlər və  şəhidlərimizin portretləri daha çox diqqəti cəlb edib.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: