Şərur rayonunda tibb işçilərinin vaksinasiyası aparılıb - FOTOLAR

A- A A+

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası”na müvafiq olaraq muxtar respublikanın səhiyyə müəssisələrində ardıcıl tədbirlər həyata keçirilir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti vaksinasiyada Şərur Rayon Mərkəzi Xəstəxanasının, Uşaq Xəstəxanasının, Gigiyena və Epidemiologiya şöbəsinin, Aralıq kənd sahə xəstəxanasının, kənd həkim ambulatoriyalarının, feldşer-mama məntəqələrinin tibb işçiləri “Sinovac” vaksininə cəlb edilib. Təhlükəsizliyinə və effektivliyinə görə seçilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb. Rayonda vaksinasiya iki gün davam edəcək.

Novruz Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: