Şərur rayonunda kartof əkini başlayıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rayonun ailə təsərrüfatçıları mütəşəkkil hazırlıqdan sonra yazlıq bitkilərin əkininə başlayıblar. İlkin olaraq sahələrə kartof əkilir.

Rayonun Muğancıq-Müslüm, Sərxanlı və digər kəndlərində sahələrə məhsuldar növlü toxumlar əkilir, aqrotexniki qaydalara əməl edilir. Geniş torpaq sahələri, müasir texnikaları, maşın və mexanizmləri olan rayon təsərrüfatçıları mütərəqqi metodları tətbiq etməklə bu il də  məhsuldarlığı artıracaqlar.

Qeyd edək ki, kartofçuluq Şərur rayonunun iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Hər il qədim əkinçilik diyarında min tonlarla kartof istehsal edilib bazar və yarmarkalara çıxarılır, muxtar respublika əhalisinin bu vacib ərzağa olan tələbatı yerli imkanlar hesabına ödənilir. İlin bu vədəsində əkilən kartof isə may-iyun aylarında əhalinin faraş məhsula olan tələbatını təmin edəcək.

Məhəmməd Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: