Muxtar respublikada səfərdə olan İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnouri bir sıra tarixi abidələri ziyarət edib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnouri Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Xan Sarayı” Dövlət Tarix Memarlıq Muzeyi, Mömünə Xatın və Açıq Səma Altında Muzey kompleksinə baxıb, Culfa şəhərində olub.
Həmçinin qonaq Culfa şəhərindən keçən dəmiryolu infrastrukturu və gömrük-sərhəd keçid kompleksi ilə tanış olub.
Həmin gün Müctəba Zonnourinin Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.