Ağbulaq Xizək Mərkəzində dağ-xizək travmalarının müalicəsinin düzgün aparılması ilə bağlı təlim keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təlim Ağbulaq kənd həkim ambulatoriyasının tibb işçiləri və Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin iştirakı ilə həyata keçirilib.
Təlim zamanı tibbi avadanlıqlardan istifadə qaydaları əyani izah edilib, ambulatoriyaya xilasedicilər tərəfindən gətirilən zərərçəkənə şərti ilk tibbi yardım göstərilib.
Daha sonra Ağbulaq Xizək Mərkəzində davam etdirilən təlimdə Xizəkdən və kanatdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi, həkim ambulatoriyasına göndərilməsi ilə bağlı proseslər əyani izah edilib, tibbi heyətin və xilasedicilərin iştirakı ilə taktiki təlim keçirilib. Travmalar zamanı xəsarət alanlara xilasedicilər tərəfindən ilk tibbi və ambulatoriya şəraitində həkiməqədərki yardımlar göstərilib.
Novruz Məmmədov