Sinoptiklərdən xəbərdarlıq: Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq

254

Sinoptiklər hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, fevralın 23-dən 24-nə keçən gecə yağıntının qara keçəcəyi, fevralın 24-də bəzi yerlərdə intensiv olacağı ehtimal edilir. Şimal-qərb küləyi əsəcək, sürəti saniyədə 18-23, arabir 25-30, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 32-35 metrədək güclənək. Çovğun olacağı ehtimalı var. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° enəcəyi, 0-5° şaxta olacağı proqnozlaşdırılır. Fevralın 24-25-də gecə və səhər yolların buz bağlayacağı ehtimal olunur.

Fevralın 23-ü axşam Azərbaycanın şimal və şərq rayonlarından başlayaraq fevralın 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənilir. Qərb küləyi əsəcək, sürəti saniyədə 18-23, ayrı-ayrı yerlərdə 28-33 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10° enəcəyi, Aran rayonlarında 3-8°, dağlıq rayonlarda 15-20° şaxta olacağı bildirilir. Yollar buz bağlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: