Kəngərli Rayon Ağsaqqallar Şurasına yeni sədr seçilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Kəngərli Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib.
Kəngərli Rayon Ağsaqqallar Şurasının şura üzvü Rəhman Həsənovun sədrlik etdiyi konfransın gündəliyi təsdiq edildikdən sonra çıxışı dinlənilib.
Kəngərli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Qadir Məmmədov çıxışında bildirib ki, rayon ağsaqqallar şurası göstərilən qayğıdan bəhrələnərək Kəngərlinin ictimai-mədəni həyatında fəal iştirak edir, sosial-iqtisadi sahələrdə həyata keçirilən dövlət siyasətini təbliğ edir. Şura hesabat dövründə də fəaliyyətini bu istiqamətdə qurub, milli-mənəvi dəyərlərimizin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlər keçirib.
Vurğulanıb ki, ötən il Qarabağın azadlığı uğrunda başladığımız və böyük qələbə ilə başa vurduğumuz müharibədə Kəngərli rayonunun da qeyrətli oğulları iştirak edib, onlardan 24-ü Vətən uğrunda canını qurban verərək şəhidlik zirvəsinə yüksəlib. Rayon Ağsaqqallar Şurası rayonun digər aidiyyəti orqanları ilə birlikdə şəhid ailələrinin, qazilərin evlərinə ziyarətlər təşkil edib, görüşlər keçiriblər.
Konfransda idarə heyətinin 5 nəfərdən ibarət yeni tərkibi seçilib. Salman Quluzadənin Kəngərli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə namizədliyi irəli sürülüb və təklif səsə qoyularaq qəbul edilib.
Konfransda Kəngərli Rayon Ağsaqqallar Şurasının nəzarət-təftiş komissiyasının yeni tərkibi də müəyyənləşib, müzakirə olunan məsələlərlə əlaqədar qərar layihəsi qəbul edilib.
Konfransda Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov və Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova çıxış edərək Şuranın kollektivinə fəaliyyətlərində uğurlar arzulayıblar.
Novruz Məmmədov