NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunda yaşayan aztəminatlı ailənin üzvü, sağlamlıq imkanları məhdud qadınlar və Sədərək rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin aid dərnək rəhbərləri üçün toxuculuq təlimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Komitənin şöbə müdiri Tarverdi Məmmədov muxtar respublikada əhalinin, xüsusilə də qadınların özünüməşğulluq imkanlarının təmin edilməsi sahəsində görülən işlərdən danışıb. Qeyd olunub ki, bu təlimlərin muxtar respublikanın digər rayonlarında da keçirilməsi nəzərdə tutulub.
Təcrübəli xalçaçı Gülsüm Kəngərli əyani vasitələrdən istifadə etməklə təlim keçib.
Təlimdə Sədərək rayonunda yaşayan 6 nəfər aztəminatlı ailənin üzvü, sağlamlıq imkanları məhdud 9 qadın və Sədərək rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinin 4 nəfər üzvü olmaqla, 20-yə yaxın qadın iştirak edib.
Adilə Səfərova