Sağlamlıq imkanı məhdud qadınların toxuduğu 700 yun jilet əsgərlərə təhvil verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, ötən il ərzində 30-u sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə 224 nəfər sosial yönümlü ictimai işlərə cəlb olunub. Sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 2900 yun boyunluq və 920 yun şərf artıq hərbi hissələrə təqdim edilib. Bu dəfə toxunan 700 yun jilet əsgərlərimizə təhvil verilib.

Əlahiddə Ümumqoşun Ordunun zabiti Rəhim Cəfərov bildirib ki, Naxçıvanda yerləşən Ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.

Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda yun jiletlər hərbi hissəyə təhvil verilib.

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: