Kartof əkən təsərrüfatçılar yüksəkkeyfiyyətli toxumla təmin edilir - VİDEO
Muxtar respublikada kartof əkinləri havaların əlverişliliyindən asılı olaraq aran bölgələrində fevral ayının ikinci ongünlüyündən, dağətəyi və dağlıq ərazilərində isə martın əvvələrindən başlayır, aprelin sonlarına kimi davam etdirilir. Kartofçuluqda yüksək məhsuldarlıq əldə edilməsi üçün keyfiyyətli toxum materialından istifadə əsas şərtdir.
Bu məqsədlə İqtisadiyyat Nazirliyində Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin də iştirakı ilə 11 nəfərdən ibarət komissiya yaradılıb. Torpaq mülkiyyətçiləri komissiyaya müraciət etməklə keyfiyyətli toxum sortları əldə edə bilərlər. İstehsalçıları yüksək keyfiyyətli toxum ilə təmin etmək üçün İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyətinin soyuducu anbarlarında kifayət qədər toxum tədarük olunub. İstehsalçılara toxumluq kartof ötən ilə nisbətən bu il 10-15 qəpik aşağı qiymətə təklif olunur.
Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:
Novruz Məmmədov