Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, yanvar ayı ərzində muxtar respublikada yanğın təhlükəsizliyinin etibarlı təmin olunması və yanğına qarşı vəziyyətin yaxşılaşdırılması məqsədilə 222 obyektdə diqqətli, 250 obyektdə nəzəri və 7 obyektdə məqsədli yoxlamalar keçirilib.
Eyni zamanda 36 müəssisədə 43 qurğu sınaqdan keçirilib, 1 müəssisə təhlükə potensiallı obyektlərin dövlət reyestrində təkrar qeydiyyata alınıb, 1 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilərək texniki pasport və dövlət nömrə nişanı ilə təmin edilib, 3 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilib.
3 min 837 yaşayış evinə baxış keçirilən zaman yanğın cəhətdən təhlükəli оlan 34 elektrik, 133 şlanqla çəkilmiş qaz xətti dəyişdirilib, 3 ot-saman tayasının yeri dəyişdirilərək təhlükəsiz yerə köçürülüb, 49 şofben tipli su qızdırıcısının və 277 tez qatlanan tüstü borusunun istismarı dayandırılıb. Keçirilən baxışlar zamanı 9 min 553 nəfər vətəndaş yanğına qarşı təlimatlandırılıb və 40 obyektlə icbari sığorta müqaviləsi bağlanıb.
Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə tikintisi başa çatdırılan 5 obyektin istismara hazırlığı yoxlanılıb və “İstismara hazırlıq aktı” tərtib olunub.
Yeni tədris ilinin başlanması ilə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və оnun yеrli qurumlarında “Həyəcan” siqnalı üzrə məşğələlərin kеçirilməsi təmin еdilmiş, növbətçi yаnğınsöndürmə хidmətinin təşkili, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, mаddi-tехniki təminаtının və məişət şərаitinin yaxşılaşdırılması istiqаmətində müvаfiq tədbirlər həyata keçirilib.