“Turizm sahəsində dövlət standartlarının tətbiqi” mövzusuna həsr edilən seminar keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində  turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə seminar keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, seminar “Turizm sahəsində dövlət standartlarının tətbiqi” mövzusuna həsr edilib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov bildirib ki, muxtar respublikanın  turizm profilli məkana çevirilməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai coğrafi mövqeyi, turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Yaradılan müasir turizm  obyektləri bu sahənin inkişafına əsaslı zəmin yaradıb. Buna paralel olaraq  muxtar respublikada turizimin inkişafı sahəsində görülən işlərin səviyyəsi müasir dövrün tələblərinə uyğun qurulmaqdadır. Qeyd olunub ki, göstərilən xidmətin keyfiyyətinin və rəqabətyönümlülüyünün artırılması üçün turizm məhsullarının sertifikatlaşdırılması əsas şərtlərdən biridir. Belə sertifikatlaşdırılma turizm məhsullarının keyfiyyətini yüksəldir, həmçinin istehlakçıya göstərilən xidmətlərin keyfiyyətinə təminat verir.

Seminarda Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Əli Şərifov Azərbaycan Respublikasında turizm sahəsində qəbul olunmuş standartlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, həmçinin mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi, mehmanxanaların növləri, dövlət standartlarının tətbiqi qaydaları barədə ətraflı məlumat verib

Seminarın sonunda muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilib.

Sadiq Məmmədov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: