Naxçıvanda yeni “288 kuryer” xidməti yaradılıb - VİDEO

A- A A+

Taksi sahəsində insanların rahatlığının təmin olunması məqsədilə istifadəyə verilən 288 taksi xidmətinin fəaliyyəti daha da genişlənir. Artıq sərnişinlər 288 nömrəsinə zəng etməklə və ya mobil tətbiq vasitəsilə bağlama və yüklərin rahat və etibarlı şəkildə daşınmasını da həyata keçirə biləcəklər. Naxçıvan şəhərində mövcud olan karqo şirkətləri ilə yaradılan əlaqələr nəticəsində bağlamaların və digər əşyaların, eləcə də bir ünvandan digərinə daşımaların etibarlı şəkildə çatdırılması mümkündür. Yeni xidmət növünün tətbiq edilməsi ilə əşya və bağlamalarının bir ünvandan digərinə optimal müddətdə çatdırılması sakinlərə daha keyfiyyətli xidməti təmin edəcək.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

Yaqub İsayev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: